XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

18 İyun 2019 - 11:33

Deputat Fazil Mustafa:"Vəkillik o dərəcədə əlçatan olmalıdır ki..."

“Vəkilliyin nüfuzunun dirçəlişi, bir müddət əvvəl vəkillə polis arasında yaranan insidentə münasibətdə müşahidə olundu”.

Bunu vəkilliyə namizədlərin andiçmə mərasimi ilə bağlı tədbirdə deputat Fazil Mustafa deyib.

Onun fikrincə, vəkillərin sayı o həddə artırılmalıdır ki, vətəndaşlar hüquqi yardımdan kənarda qalmasın: “Vəkillik o dərəcədə əlçatan olmalıdır ki, vətəndaşlar problemləri ilə bağlı onlara müraciət edə bilsinlər. Bura maddi tərəf də daxildir, ona görə də vəkillərin vergi yükünün azalması məsələyə müsbət təsir göstərə bilər”.

Report