XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 19:01

Hikmət Hacıyev:"Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır"

“Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin hədəflərə çatdırılması üçün çox vacibdir”.

Bu fikri AZƏRTAC-a açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Azərbaycanın Ankaradakı səfirliyində təşkil olunan konfransda iştirakçıların suallarını yüksək dəyərləndirən şöbə müdiri deyib: “Ünvanlanan suallardan da göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələri əhatə edən islahatlar, o cümlədən xarici siyasətimizin ayrı-ayrı istiqamətləri bizimlə tərəfdaşlıq etmək istəyənlərin sayını artırmaqdadır.

Dövlətimizin başçısının bildirdiyi kimi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq etmək istəyən tərəflərlə əlaqə qurmaq Azərbaycan üçün prioritet məsələdir. Bir sıra ölkələr var ki, onların Ankarada diplomatik nümayəndəlikləri var, amma Bakıda yoxdur. Suallardan da göründüyü kimi, bu konfransda ölkəmizin imkanlarından, perspektivdə olan layihələrimizdən bəhrələnmək istəyən tərəflər üçün cəlbedicilik yarada bilən daha bir addım atdıq”.