XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

24 İyun 2019 - 12:00

TARİXİN ÖYRƏNİLMƏMİŞ DƏRSLƏRİ –gürcülər 2008-ci il hadisələrini unudublar?…

Rusiyalı deputat Segey Qavrilovun çıxışı zamanı minlərlə gürcü küçələrə axışaraq parlament binasına hücum çəkdi. Polislə toqquşma oldu və ən azından min nəfər yaralandı. Hamı özünü sanki münaqişənin gərginləşməsini istəyən kimi aparırdı. Polşalılar isə Gürcüstandakı hadisələri şərh edərkən rusları qovduqları üçün gürcüləri tərifləyirdilər. Ancaq heç bir tərəfin mövqeyi konstruktiv görünmürdü.

Rusiyalı deputat Gürcüstan parlamentində

Formal nöqteyi-nəzərdən yanaşılsa, Rusiya nümayəndəsi Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündə əyləşmək və həm də rus dilində Parlamentlərarası Pravoslav Assambleyasının yığıncağını aparmaq hüququ vardı. Həm də ki, rus dilində danışmaq Gürcüstanda qadağan olunmayıb. Bəli, vəziyyət formal baxımdan belədir. Ancaq siyasətdə jestlər çox zaman daha böyük əhəmiyyət daşıyır. Bu planda Qavrilov nə incə taktikasıyla, nə də həssaslığıyla fərqlənib. O özünü tipik rus millətçisi üslubunda, sanki evindəyimiş kimi aparıb. Qavrilov yadından çıxarıb ki, gürcülər onun abxaz separatçılarını dəstəkləyən çıxışını unutmayıblar. Gürcüstan mətbuatında isə Qavrilovun hansı dildə danışmağı yox, onun parlament sədrinin yerində oturması müzakirə obyektinə çevrilib.

Gürcülər 2008-ci il hadisələrini unudublar

Qavrilov elə cavan deyil ki, 1978-ci ildə Tiflisdə keçirilən irimiqyaslı etirazları unutsun. O zaman SSRİ-nin yeni konstitusiyası respublikada gürcü dilini dövlət dili olmaqdan məhrum edirdi. Gürcülər kirill əlifbasından 500 il qədim olan öz əlifbaları ilə fəxr edirlər. 1978-ci ildə müdrik rəhbər Eduard Şevardnadze Moskvanı öz qərarını dəyişdirməyə inandıra bilmişdi. Moskva güzəştə getdi və gürcülər öz dillərinin statusunu qoruya bildilər (Sonra Moskva bunu digər respublikalara da şamil etmək məcburiyyətində qaldı).

Lakin görünür ki, Gürcüstandakı müxalifət də Qavrilov kimi tarixin dərslərini unudub. 2008-ci ildəki hadisələr göstərdi ki, Moskvanı təxribata çəkmək asandır, amma Qərbin dəstəyini almaq isə çox çətindir.

 

Gürcüstandakı nümayişlər siyasi münaqişəyə dönür

 

Rusiya Dumasının deputatları təcili surətdə Tiflisin “Radisson” otelini tərk edib, polis qoruması altında aeroporta qaçmağa məcbur olublar. Xoşbəxtlikdən, Rusiya nümayəndələri heç bir xətər almadan ölkələrinə uça biliblər, nümayişçilər isə ən cəsur plandan imtina edərək, parlamentə hücum çəkmək istəməyiblər. Nümayişçilər parlament sədri İrakli Kobaxidze və daxili işlər naziri Georqi Qaxarıyanın istefasını tələb ediblər. Əgər bu tələblər yerinə yetirilməzsə, onda etirazlar güclənə və uzunmüddətli xarakter ala bilərdi. Eyni zamanda aydındır ki, “Gürcü azusu”na qarşı olan siyasi güclər gürcülərin qəzəblərini öz məqsədləri naminə istifadə etməyə çalışırlar.

Prezident Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze vaxtilə Şevardnadzenin etdiyi kimi davranmağa cəhd göstərirlər. Zurabişvili sosial şəbəkələrdə yazıb ki, Qavrilovun hərəkətləri onun ölkəsinin ləyaqətinə zərbə vurub, o həmçinin nümayişləri “dövlət əleyhinə süni dalğa” adlandırıb. Zurabişvili qeyd edib ki, cəmiyyətin iki düşərgəyə bölünməsi Rusiyadan başqa heç kimə lazım deyil.

Zəif “Gürcü arzusu”, ortaya çıxan yeni nəsil 

 

Hakim “Gürcü arzusu” partiyası qələbə qazanmaqda davam edir. Keçən ilki prezident seçkilərində bu partiya Zurabişvilinin namizədliyini dəstəkləyib. Lakin görünür ki, bu təşkilat artıq yorulub. Məsələn, 2014-cü ildə Polşadakı “Vətəndaş platforması” kimi. Bu, sadəcə olaraq materialın yorulmaqla aşınmadır. Hazırda keçmiş prezident Mixail Saakaşvilini dəstəkləyən hərəkatdan başqa, gürcülərin praktik olaraq ayrı bir alternativləri yoxdur. Çünki siyasi qütbləşmə onları təngə gətirib.

Digər tərəfdən isə, müstəqil və azad Gürcüstanda doğulmuş gənc nəsil daha yüksək səslə çıxış edir. Şəkillərini nümayişlərdə gördüyümüz bu insanlar ölkəyə yeni impuls verə bilər. Əgər seçki təqvimi dəyişməzsə, bir ildən sonra gürcüləri parlament seçkiləri gözləyir. Yəqin ki, son hadislər “Gürcü arzusu”nun mövqeyinə zərbə vuracaq. Həm də nəzərə almaq lazımdır ki, son illər Gürcüstandakı həyat səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb.

Müharibələr

 

Son onilliklərdə Gürcüstan vətəndaş müharibəsi yaşayıb, separatizmlə və Rusiya ilə müharibə aparıb. Rusiyaya lazım olan şey qanlı münaqişədir. Bu planda Zurabişvili tamamilə haqlıdır. ABŞ və Tiflisdəki digər ölkələrin diplomatları da sakitliyin qorunmasına çağırırlar. (“Polityka”-Polşa)

“AzPolitika”nın əlavəsi: Gürcüstanın tarixinə yaxşı baxılsa, görünər ki, bu ölkə həmişə özünün böyük qonşuları hesabına yaşayıb. Hətta Səfəvilər dövləti zamanı da onlar, müasir dillə ifadə etsək, dotasiya sayəsində ayaqüstə durublar. Sovet İttifaqının tərkibində də Gürcüstan mərkəzdən 40 faizdən yuxarı dotasiya alırdı. Bəli, sovet zamanı bu ölkəyə Moskvanın göstərdiyi yardım böyük olub. 2008-ci ildə Mixail Saakaşvili Kremlin bütün sovet respublikalarını özündən asılı hala salan “parçala – hökm sür” siyasi planına qarşı hücum çəkdi. Yəni Rusiyanın qopardığı əraziləri geri almaq istədi. Nəticə isə xöşgəlməz oldu. Gürcülərin mentalitetində həm narazılıq, həm də kiməsə arxalanmaq var. Kiməsə arxalanmaq deyəndə M.Saakaşvili əmin idi ki, Gürcüstana görə Qərb Rusiyanı bərk cəzalandıracaq və nəticədə bunu görən Putin isə geri çəkiləcək. Lakin hər şey tərsinə oldu, Gürcüstan Abxaziya və Cənubi Osetiya ərazisindəki hərbi bazalarını da itirdi. Rusiya isə onları dövlət kimi tanıdı və rəsmi himayəsinə aldı.

Gürcüstan Azərbaycanın göstərdiyi maddi yardımlara görə minnətdar olmaq əvəzinə hələ bizə qarşı torpaq iddiası da irəli sürür. Məlumdur ki, ABŞ başda olmaqla əksər Qərb ölkələri Gürcüstana yaxşı maliyyə yardımı edir. Təbii ki, onların məqsədi Rusiyanı bu ölkədən vurub çıxarmaqdır. İndi gürcülər, həqiqətən də, tarixdən dərs götürməlidilər.

Vaqif NƏSİBOV
AzPolitika.info