XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

25 İyun 2019 - 16:58

Almaniyanın Azərbaycandakı səfiri ölkəsinə döndü:"Səmimiyyətiniz üçün sağ olun"

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabın diplomatik missiyası başa vçatıb.

Strateq.az Report-a istinadla bildirir ki, o, bu barədə aşağıdakı müracəti yayıb:

“Sizinlə vidalaşmalıyam. Azərbaycanda üç illik diplomatik fəaliyyətim dövründə gözəl ölkənizlə yaxından tanış oldum. Hər yerdə insanlar məni mehriban qarşılayırdılar, ölkəmə qarşı sevgi hiss edirdim. Siyasi və iqtisadi təmaslar vasitəsilə, habelə təhsil proqramları vasitəsilə ölkələrimizi yaxınlaşdırmaq mənim üçün olduqca xoş olub.

Mənə qarşı səmimiyyətiniz üçün sağ olun!”.