XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 15:42

AŞPA yeni qətnamə qəbul edib –Azərbaycanlı deputatın hesabatı əsasında

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Miqrant uşaqlara qarşı zorakılığa və onların istismarına son qoymaq” adlı qətnamə qəbul edib. 

Sənəddə miqrant uşaqların cəmiyyətin ən həssas təbəqəsini təşkil etdiyi qeyd olunub.

Assambleya üzv ölkələrə miqrant uşaqlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparmağı, miqrant uşaqları hər bir sahədə qorumaq və onların fundamental hüquqlarını müdafiə etmək üçün birgə strategiya hazırlamağı tövsiyə edib.

Qətnamə azərbaycanlı deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın hazırladığı hesabat əsasında qəbul edilib/Report.