XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

10 İyul 2019 - 19:32

Azərbaycan, İran, Türkiyə və Rusiya rabitə nazirləri Tehranda görüşəcəklər- Bu tarixdə

Azərbaycan, İran, Türkiyə və Rusiyanın rabitə nazirlərinin dörd tərəfli görüşü Tehranda keçiriləcək.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

O bildirib ki, görüş iyul ayının 17-də 25-ci “İran Al-kamp2019” komputer və elektronika beynəlxalq sərgisinin açılışı ərəfəsində 4 ölkənin rabitə və informasiya texnologiyaları nazirlərinin iştirakı ilə keçiriləcək.

Nazir qeyd edib ki, bu nazirlər səviyyəsində 4 ölkənin iştirakı ilə təşkil olunan sayca üçüncü iclasdır.

“İclasın keçirilməsində məqsəd dörd ölkə arasında start-uplar sahəsində müştərək bazarın yaradılmasıdır”, – iranlı nazir vurğulayıb.