XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

18 İyul 2019 - 18:00

İraq XİN türkiyəli diplomatın öldürülməsi ilə bağlı bəyanat yaydı:"Bu, bizim münasibətlərimizə təsir göstərməyəcək"

İraq Xarici İşlər Nazirliyi (XİN) Ərbildə türkiyəli diplomatın öldürülməsini pisləyib. 

Nazirliyin yaydığı açıqlamada bildirilib ki, türkiyəli diplomatın öldürülməsi rəsmi Bağdad və Ankara arasında mövcud olan tarixi və strateji münasibətlərə təsir göstərməyəcək.

“Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşının ölümünə səbəb olan silahlı hücumu şiddətlə qınayırıq”, – İraq XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb. /APA