XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

09 Avqust 2019 - 17:04

Rusiya XİN:"Təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq"

“Təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur.

M.Zaxarova qeyd edib ki, belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, habelə rəsmi Moskvanın Bakı və Yerevanla sıx münasibətlərini nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh prosesinin irəliyə aparılması üçün köməklik göstərməyə hazırıq”.