XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

12 Avqust 2019 - 13:14

Normandiya formatında müşavirələrin növbəti raundu keçiriləcək –bu həftə

ABŞ, Almaniya və Fransa nümayəndələri bu həftə Normandiya formatında müşavirələrin növbəti raundunu keçirəcək.

Bu barədə ABŞ-ın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Qeyd edək ki, Normandiya formatında Xarici İşlər nazirlərinin müşavirləri arasında son görüş bu il iyulun 13-də Fransanın paytaxtı Parisdə baş tutub. Son görüşdə iyulun 21-dən qeyri-müəyyən müddətə atəşkəsin bərqərar olması ilə bağlı razılaşma əldə olunub. (APA)