XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

16 Avqust 2019 - 18:20

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib –Müstəqillik Günü münasibətilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İndoneziya Prezidentinə ən xoş arzularını yetirib, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyib.