XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 10:08

ATAMBAYEVİN OĞULLARI JEENBEKOVU TOPA TUTDULAR:“Atamızın sayəsində qazanılmış uğurlarla lovğalanmaq, olmayan əmlakımıza həbs qoymaq  asandır”

Ayday İrqibayeva

kloop.kg (Qırğızıstan), 19.08.2019

 

Keçmiş prezident Almazbek Atambayevin iki oğlu eyni anda müraciətlə çıxış edib – birinci nigahdan olan, artıq bir neçə dəfə sorğuya tutulmuş oğlu Seyitbek və siyasətçi olmaq istəyini bu yaxınlarda bəyan etmiş kiçik oğlu Kadır.

 

Prezident haqqında

 

Seyitbek Atambayev hesab edir ki, Sooronbay Jeenbekov “öz vəzifəsinin bütün məsuliyətini” başa düşmür, çünki prezident postu ona çox  asanlıqla qismət olub.

O deyir – “Çətinliklə deyil, yalnız kiminsə sayəsində əldə etdiyin uğurlarla lovğalanmaq asandır”.

Onun fikrincə, atası Jeenbekovlar ailəsindən gözləmirdi ki, “hakimiyyətə dırmaşdıqları kürəyə bıçaq saplamağa və səsləndirilmiş həqiqətə görə siyasətdən və dövləti yönəltməkdən uzaq olan bütün ailəmizdən Kokand qəddarlığı ilə qisas almağa hazırlaşır”.

 

Atası haqqında

 

Atasından danışarkən keçmiş prezidentin özünün dediyinin çoxunu təkrar edib – Almazbek Atambayevin 201-cu ildə dağılma həddində olan ölkəni 2017-ci ildə Jeenbekova artıq “inkişaf etmiş infrastruktur, “güclü ordu” və “sürtələ inkişaf edən iqtisadiyyatla” verdiyini.

Seyitbek Atambayev deyib: “Atam bu rütbəli siyasətçilərdən yeganəsidir ki, qaçmayıb, xalqla qalıb! Qırğızıstanda xalqın qovduğu iki və xalqın öz sağlamlığı, azadlığı və həyatı bahasına qoruduğu bir prezident olub! Mən böyük müdriklik göstərən öz xalqımla sonsuz fəxr edirəm. Mənim atamı xalq yaxalamayıb, hakimiyyət yaxalayıb”. 

 

DMTK başçısı haqqında

 

Bu nədir – qisas, yoxsa necəsə bir inciklik?” – Seyitbek Atambayev DMTK başçısının 13 avqustdakı sözləri barədə yazır – məmur Köy-Taşda keçmiş prezidentin iqamətgahına hücum zamanı qurbanlara görə təqsirliləri həbs edəndən sonra vəzifədən getməyə söz verib.

Bizdə 1937-ci ildir, nədir? Niyə bizdə ölkənin təhlükəsizliyini qorumağa məsul məmur sərbəst və açıq deyə bilər ki, hakimiyyətin müstəqil qanadının – məhkəmənin funksiyasını mənimsəyə bilər? Niyə özbaşınalıq bu qədər totallaşıb?”

O, keçmiş prezidentin evinə hücumu fitnəkarlıq adlandırır və atası və bacısı Aliyə Şaqiyevanın qabaqlar dediklərini yada salır – Almazbek Atambayev “camaat içinə çıxıb və selfi edərkən” xüsusi təyinatlı içəri soxulub.

O, “doğrudan da, atəş açıblar – özü də, sadəcə, nasoslu silahlarla deyil, həm də Kalaşnikov avtomatlarından. Uşaqlara, qocalara və qadınlara gözyaşardıcı qumbara, tüstülü şaşka atıblar” deyir və hakimiyyəti total özbaşınalıqda ittiham edir.

 

Yalan siyahı

 

Keçmiş prezidentin kiçik oğlu Kadır Atambayev öz müraciətində Baş Prokurorluğu kəskin tənqid edib və ailəsinin mülkünün həbsinə şərh verib. О, müraciəti özünün Facebook səhifəsində dərc edib.

Baş Prokurorluq keçmiş prezident Almazbek Atambayevin və yaxın qohumlarının həbs edilmiş əmlakının siyahısnı əvvəllər açıqlayıb. Siyahı “Aprel” telekanalı və “Mediaforum” səhmdar cəmiyyəti daxil olmaqla 100-dən çox obyektdən ibarətdir. Hesablar, səhmlər və qiymətli kağızlara da həbs qoyulub.

Kadır Baş Prokurorluğu “cəmiyyəti manipulyasiya”da ittiham edib, sadalanan mülk siyahısını isə “feyk tullantı” adlandırıb. O deyib: “Vurğulayıram ki, hakimiyyət təmsilçilərinin sözlərinə görə, əslində, 120 mülkdən 101 ədədi Atambayevə və ailə üzvlərinə məxsus deyil, “Kırqızavtomaş” ASC isə 2007-ci ildən bizə məxsus deyil”.

Kadır Atambayev israr edir ki, ailəsinin “Qırğızıstan” bankında ancaq bir hesabı var, Baş Prokurorluq isə “sadəcə, hətta Pakistan Milli Bankının filialları daxil olmaqla ölkənin bütün banklarını sadalamaq” qərarına gəlib.

“Həmin “Aprel” telekanalının bankda özəyi və Cəlalabadda əmlakı yoxdur, kanala məxsus heç bir radio və heç bir telemərkəz yoxdur”.

Kadır Atambayev iddia edir ki, Köy-Taşdakı ev sayılmasa, mülk Almazbek Atambayevin prezidentliyinə qədər əldə olunub – keçmiş dövlət başçısı əvvəllər bizneslə məşğul olub, prezident olarkən isə dəfələrlə deyərdi ki, “dollar milyoneri” idi…

Almazbek Atambayevin özü DMTK-nin İstintaq Təcridxanasındadır. Atambayevi 7-8 avqustda evinə edilən hücumdan sonra tutublar. Hücum zamanı xüsusi təyinatlı həlak olub və 170 adam ziyan görüb.

Həbsdən sonra Atambayevə təkcə parlamentarilərin nəzərdən keçirdikləri məsələlər üzrə deyil, həm də “Qətlin təşkili”, “Kütləvi iğtişaşların təşkili” kimi və s. maddələrlə ittiham elan ediblər.

Tərcümə Strateq.az-ındır.