XƏBƏR LENTİ

20 Noyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 15:14

Məhəmməd Cavad Zərif:"İran da gözlənilməz addımlar ata bilər"

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  ABŞ Prezidenti Donald Trampın “gözlənilməz” siyasətinə cavab olaraq İranın da “gözlənilməz” addımlar ata biləcəyini deyib.

İran XİN başçısı bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib.

“Qarşılıqlı gözlənilməzlik xaosa gətirib çıxaracaq. Prezident Tramp özü gözlənilməz siyasət yürütdüyü halda digərlərindən bunun əksini gözləyə bilməz”. 

M.C.Zərif deyib ki, körfəzdəki Ərəb ölkələri Qərb silahlarını almağa milyardlarla dollar xərcləməklə bölgədə təhlükəsizliyə  nail ola bilməzlər: “Körfəzdə heç bir xarici hərbi qüvvə etibarsızlığın və təhlükənin qarşısını ala bilməz”, – deyə Cavad Zərif qeyd edib./APA