XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 13:59

İlqar Məmmədovla Əli Kərimli debata çıxacaq? –"Real" sədrindən açıqlama

REAL sədri İlqar Məmmədov Xədicə İsmayılın debat təklifi ilə bağlı fikirlərini açıqlayıb.  

Strateq.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında yazıb ki, avqustun 19-da “Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Deko ona müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırıblar:

“Razılıq verdim. Dedim ki, əgər mövzu Ramin bəyin dediyi kimi, “boykot, yoxsa seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur. Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi”.

Partiya sədri daha sonra belə davam edib: “Dünən tanınmış publisist-tənqidçi Xədicə İsmayılova da belə bir debatda moderatorluq etmək təşəbbüsü ilə çıxış etdi. Baxmayaraq ki, Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək, mənimlə maraqlanmadığını bildirmişdi. Dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm”.