XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

13 Sentyabr 2019 - 23:18

Milli Şura mitinq təyin etdi- Sentyabrın 28-nə

Milli Şura sentyabrın 28-nə mitinq təyin edib.

Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Milli Şura sentyabrın 13-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

“Mitinq normal seçkilərin keçiriləməsi üçün seçki islahatları, Dağlıq Qarabağa probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək”, – deyə Əli Kərimli qeyd edib.

Milli Şura mitinqin keçirilməsi üçün 3 yer təklif edib: 28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.

Xatıladaq ki, bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə icazə verilməyib.