XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 19:46

Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb –FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşüb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər.

Qarşı tərəf Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda həyata keçirilən bir sıra tarixi abidələrin bərpası işlərini yüksək qiymətləndirib. Öz növbəsində, nazir Elmar Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirib.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.