Gündəm

Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Pənah Hüseyndən müxalifətə çağırış:“Prezidentliyə vahid namizədin seçilməsi istiqamətində prosesi başlatmaq lazımdır”-VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn elə sirrin üstünü açdı ki… –“İsa Qəmbər prezident Elçibəyin məzuniyyətə getməsini təklif edirdi” - VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn hakimiyyətlə “dialoq oyunu”ndan danışdı:“Müsavat partiyası Prezident Aparatında məxsusi görüş tələb etdi” - VİDEO
  • " width="300" height="266" />
    Əjdər Əsədov 1987-ci ildə itirilən torpaqlardan danışdı:“Şamil Rəsizadəni ona görə döydülər ki...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş raykom katibindən şok açıqlamalar:“Çardaxlını yumruq və armaturla ermənilərdən təmizlədik”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox” - VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan radikal fikirlər:“Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan skandal yaradacaq sözlər:“Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir...”-VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli son nöqtəni qoydu:“Hökumət adamları ilə danışıram...” - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

Aprel 2017
BE ÇA Ç CA C Ş B
« Mar    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

XƏBƏR LENTİ

28 Aprel 2017
27 Aprel 2017

12 Yanvar 2017 - 13:00

Ekologiya Nazirliyinə ötən il 4 min 630 şikayət daxil olub

ekoloq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, 2016-cı il ərzində “Qaynar xətt”ə ümumilikdə 4 min 630 şikayət daxil olub. Onlardan 4 min 264-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsi, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normanı keçməsi və s. ilə əlaqədar olub. Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 2 min 32 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 54 şikayətdən 43-ü, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələri təmin etmək məqsədilə fəaliyyət göstərir.