Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

  • " width="300" height="266" />
    Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? –Vəkil Tağı Qənbərovun şərhi
  • " width="300" height="266" />
    Şəmsəddin Əliyev yazır:"İslam hüququ: sosial tənzimləmənin universal sistemi"
  • " width="300" height="266" />
    Yalçın İmanov vəkillikdən niyə uzaqlaşdırılıb? –Kollegiya bir söz deyir, vəkil isə başqa...
  • " width="300" height="266" />
    Vəkil Yalçın İmanovun fəaliyyəti dayandırıldı, Elçin Sadıqov haqda isə şikayətə xitam verildi –Kollegiyadan qərarlar
  • " width="300" height="266" />
    Vəkillər Kollegiyası bəyanat yaydı:“Hazırda məhkəmələrdə çıxış edən nümayəndələr Kollegiyaya qəbul oluna bilər”
  • " width="300" height="266" />
    “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi –Nümayəndəlik institutu məhdudlaşdırıldı
  • " width="300" height="266" />
    İradə Cavadova: “Vəkil makler yox, hüquqşünas olmalıdır” –Hüquqşünaslar toplandı + FOTOLAR
  • " width="300" height="266" />
    Etiraz edən hüquqşünaslar 7 maddəlik təklif irəli sürdülər –Müraciət + Təkliflər
  • " width="300" height="266" />
    Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər
  • " width="300" height="266" />
    Hüquq Mərkəzinin rəhbəri:"Vəkillər Kollegiyası heç Aşıqlar Birliyi qədər də aktiv bir qurum deyil"
Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

23 Noyabr 2017

13 Noyabr 2017 - 12:06

Lütfi Zadə akademik Rafiq Əliyevə böyük məbləğdə pul vəsiyyət etdi –Alim məbləği  Assosiasiyaya bağışladı

Bu ilin sentyabrında 96 yaşında  dünyasını dəyişən dahi alim Lütfi Zadənin vəfatı bütün bəşəriyyət üçün böyük itki oldu. Lakin Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bu bəşəriyyətə xidmət etməkdədir.

Zadə elmi irsinin varisi isə dünya çapında tanınan başqa bir həmyerlimiz professor Rafiq Əliyevdir. Rafiq Əliyev bu günlərdə Lütfi Zadənin irsinin tədqiq və təbliği, öyrənilməsi istiqamətində həddindən artıq böyük addım atıb.

Moderator.az  xəbər verir ki, Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirasın hamısını birbaşa rəhbəri olduğu  “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

“Hörmətli, Professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

Rafiq Əliyevin Norman Zadəyə yolladığı məktub isə həqiqətən, böyük fədakarlıq və böyüklük  düsturu kimi qiymətləndirilə bilər. Belə ki, professor Əliyev kifayət qədər böyük məbləği  (artıq fonda  aid olduğu üçün və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır) birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq  və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Rafiq Əliyevin məktubunun mətnini təqdim edirik:

“Bu maddi vəsiyyət heç vaxt mənim özəl məqsədlərimə sərf olunmayacaq”

 “Hörmətli, Norman Zadə. Məktubunuza görə təşəkkür edirəm. Professor Zadə həmişə mənim müəllimim, yolgöstərənim olub. Bizim sizin ailənizlə-Lütfi və Fey Zadələrlə 40 ilə yaxındır ki, ailəvi dostluğumuz var. Bu ailəvi dostluqla bərabər, professor Lütfi Zadə ilə “Qeyri-səlis məntiq” , “Sözlə hesablamalar”, “Müasir qərarqəbuletmə nəzəriyyələri” üzrə bizim elmi layihələrimiz olub. Birlikdə müxtəlif elmi işlər aparmışıq. Professor Lütfi Zadə mənim   “World Scientific”, “Springer” və başqa elmi nəşriyyatlarda çıxan 7 kitabıma ön söz yazıb. Sonuncu kitabı – “Z ədədlər hesabı, nəzəriyyəsi və tətbiq”- birlikdə yazmışıq. Əsas fəsli də Lütfi Zadə yazıb. 7 ay bundan öncə Lütfi Zadə mənə bir məktub göndərdi ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi və tətbiqi” adlı iki hissədən ibarət bir kitab yazaq. Mən “World Scientific” nəşriyyatı ilə bu məsələni razılaşdırdım. Bizim bu gün həmin nəşriyyatla müqaviləmiz var. Müqaviləni 4-5 ay bundan əvvəl Lütfi Zadəyə yolladım. Düşünürəm ki, həmin müqavilə hazırda onun arxivindədir. Müqaviləyə görə, kitab bu ilin dekabr ayında nəşriyyata təqdim olunmalıdır.

Hörmətli Normal Zadə!

Lütfi Zadənin dünyasını dəyişməsi tək bizim üçün yox, bütün bəşəriyyət üçün böyük itkidir. 40 il ərzində hər həftə mən Lütfi Zadə ilə telefon əlaqəsi saxlayırdım. İldə bir, ya iki dəfə, Berkli yaxud, Amerika və Avropanın müxtəlif şəhərlərində görüşürdük. Lütfi Zadə ilə sonuncu söhbətim avqustun axırında oldu.

Hörmətli, Norman Zadə!

Lütfi Zadənin vəsiyyəti ilə əlaqədar onu demək istərdim ki, bu, məni son dərəcədə həyəcanlandırdı və son dərəcə emosional təsir etdi. İnformasiya üçün sizə demək istəyirəm ki, 20 il bundan əvvəl mən “Zadə irsi və süni intellekt” Assosiasiyasını  yaratdım. Mən hazırda bu assosiasiyanın prezidentiyəm. Məqsədim Lütfi Zadənin bu maddi vəsiyyətini həmin assosiasiyaya bağışlamaqdır. Bu fond Zadə irsinin tədqiqi, təbliği, öyrənilməsi, yayılması üçün istifadə olunacaq.

Heç bir vaxt bu maddi vəsiyyət mənim özəl məqsədlərimə sərf olunmayacaq.

 Biz tələbələr üçün Zadə təqaüdləri təyin edəcəyik.  Qeyri- səlis məntiq və bununla əlaqəli sahələrdə gənc tədqiqatçıların elmi işlərinə dəstək üçün sərf edəcəyik.

Məktubunuza görə təşəkkür edirəm”.