Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

14 Noyabr 2017 - 21:40

Endokrinoloq Nadirə Ağazadə: “Bu xəstəlikləri olan şəkərli insanın həyatına daha çox risk yaradır” –Müsahibə

14 noyabr Ümumdünya Diabet Günü ilə bağlı endokrinoloq Nadirə Ağazadə Medicina.az-a müsahibə verib:

Strateq.az həmin müsahibəni təqdim edir:

– Nadirə xanım, şəkər xəstəliyi adətən hansı yaşlardan başlayır? 

-Bütün yaş qruplarında şəkərli diabetə rast gəlmək olar. Əgər biz diabeti növlərə ayırsaq I və II tip diabet, hestosional diabet və digər spesifik diabet tipləri vardır. Bunların əmələ gəlmə səbəbləri müxtəlifdir. 

– Xəstəliyin yaranma səbəbi nədir? 

–     I tip diabetdə ən əsas səbəb 90% autoimmundursa, II tip diabetdə əsas rolu insulinrezistentlik oynayır. Sağlam insanda qan şəkəri aclıq halında 100 mg/dl, yeməkdən 2 saat sonra isə 140 mg/dl-dən yüksək olmamalıdır. Aclıq qan şəkərinin 126 mg/dl-dən, toxluq və ya günün istənilən vaxtında ölçülən qan şəkərinin 200 mg/dl ən yüksək olması şəkərli diabet xəstəliyinin olması deməkdir.

Diabetin yaranmasında genetik faktorun rolu böyükdür, diabetli qohumu olan və ya valideynlərində diabet olan insanlarda bu xəstəliyin əmələ gəlmə riski artır.

Təbii ki, diabetin yaranmasında autoimmun səbəblər, genetik faktorlar, piylənməyə gətirib çıxaran qidalanma rejimi, xroniki streslər, digər autoimmun xəstəliklərin yaranması rol oynayır. Autoimmun səbəb dedikdə mədəaltı vəzin insulin ifraz edən hüceyrələri zədələyən antitellərin yaranması nəzərdə tutulur və beləliklə insulin çatışmazlığı və sonda diabet xəstəliyi əmələ gəlir.

-Hansı tip xəstələr daha çox risk altındadır? 

 Piylənmə və ya artıq çəkisi olan insanlar (BKİ – yəni bədən kütlə indeksi 25kq/m2 yuxarı olan),  İrsiyyətdə şəkərli diabeti olanlar, qan təzyiqi yüksək olan xəstələr, iri çəkili uşaq doğan və hamiləlik vaxtı diabet diaqnozu qoyulan qadınlar, xolesterin və triqliseridləri yüksək olanlar (dislipidemiya), yumurtalıqların polikistoz sindromu olan qadınlar, şizofreniya xəstələri, tək orqan transplantasiyası olunan (əsasən də böyrək köçürülən) xəstələr, insulin dirənci olan insanlar, oturaq həyat tərzi keçirən və fiziki aktivliyi aşağı olan insanlar daha çox risk qrupundadır.

Əgər aclıq qan şəkərinin səviyyəsi 100-126 mq/dl arasındadırsa xəstələr bunu prediabet olaraq bilməli və gələcəkdə diabet xəstəsi olmamaq üçün bəzi qaydalara əməl etməlidirlər. Sadaladığımız risk faktorları varsa xəstələr mütamadi olaraq diabet riskinə görə müayinələrdən keçməlidirlər. Aclıq qan şəkəri 100-126 mq/dl olan insanlar PREDİABET sayıldığından sonrakı addım 75 qr qlükozalı standart OGTT olmalı və 2 saatdan sonra qan şəkəri dəyərləndirilməlidir. Müayinələrdən sonra xəstənin PREDİABET və ya DİABET olması dəqiqləşdirilir və buna uyğun əlavə müayinə və müalicə planı hazırlanır. ERKƏN AŞKARLANMIŞ DİABET VƏ VAXTINDA BAŞLANILMIŞ MÜALİCƏ göz, böyrək,sinir, ürək-damar ağırlaşmalarının qabağını almaq deməkdir!

-Ümumiyyətlə, şəkərdən tamamilə sağalmaq olurmu?

-Şəkərli diabetdən tam sağalmaq ehtimalı yoxdur.  Şəkərli diabet yaşam boyunca davam edən və ciddi  nəzarət tələb etdirən xroniki xəstəlikdir.

-Belə xəstələr, əsasən, nəyə diqqət etməlidirlər?

-Şəkərsalıcı tablet və ya insulin müalicəsi vaxtında aparılmazsa, kəskin və xroniki ağırlaşmalar yaranır. Aclıq və toxluq qan şəkərlərinin yüksək olması kiçik və böyük damarların, sinirlərin zədələnməsinə yol açır. Hər bir xəstə həkimin dediklərinə ciddi riayət etməlidir. Düzgün qidalanmalıdır. Tərkibində şəkəri yüksək olan bütün növ şirniyyatlardan uzaq durmalıdırlar (şirələr, kompotlar da bura daxildir). Daha tez sovrulan karbohidratlardan yan qaçmalıdırlar.

-Hansı analiz cavablarına əsasən müalicə başlanılmalıdır? 

-Dediyim kimi, sağlam insanda qan şəkəri aclıq halında 100 mg/dl, yeməkdən 2 saat sonra isə 140 mg/dl-dən yüksək olmamalıdır. Aclıq qan şəkərinin 126 mg/dl-dən, toxluq və ya günün istənilən vaxtında ölçülən qan şəkərinin 200 mg/dl ən yüksək olması şəkərli diabet xəstəliyinin olması deməkdir. Müalicəyə başladıqda 3 aylıq qan şəkərinin göstəricilərinə mütləq baxmaq lazımdır.

-Şəkər hansı orqanlarda ağırlaşmalar yarada bilər?

-Böyrək, göz, beyin, ürək-qan damar sistemi zədələnərək korluq, infarkt, insult, ayaq amputasiyası, böyrək çatışmazlığına qədər gətirib çıxararaq ölümlə nəticələnir. Ona görə diabetiniz varsa, vaxtında həkimə müraciət edin.