XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

15 Noyabr 2017 - 12:22

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artacaq- Gələn ildən

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 3 578,8 milyon manat həcmində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu rəqəm 2017-ci ilin göstəricisini 178,8 milyon manat və ya 5,3 faiz üstələyir:

“2018-ci ildə Fondun gəlirləri strukturunda 63,5 faiz və ya 2,273 milyard manat icbari dövlət sosial sığortası üzrə ödəmələrin payına düşəcək ki, bu da 2017-ci il üçün proqnozlaşdırılan göstəricini 7 faiz üstələyəcək”.