Gündəm

  • " width="300" height="266" />
    İtaliya prezidenti:“Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”
  • " width="300" height="266" />
    ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI:“Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”  
  • " width="300" height="266" />
    “ABŞ PREZİDENTİ AVROPANI ALÇALDIR” –İspaniya KİV-ləri Tramp – Putin görüşünü şərh edib
  • " width="300" height="266" />
    Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”
  • " width="300" height="266" />
    “TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"
  • " width="300" height="266" />
    “Strateji Yol Xəritəsi”ndə mühüm dəyişikliklər –Prezident hansı nazirlik və qurumlara yeni vəzifə verdi? + DETALLAR
  • " width="300" height="266" />
    “Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat
  • " width="300" height="266" />
    Allahşükür Paşazadə Gəncədə bəyanat verdi:"Bu hadisələrdə qonşu dövlətlərin, xüsusən də Ermənistanın əli var"
  • " width="300" height="266" />
    “Gərgin iş gedir…” –Səfir prezident İlham Əliyevin Rusiyaya səfərindən danışdı
  • " width="300" height="266" />
    Ermənistan müdafiə naziri də Paşinyanın yolunu təkrarladı –Oğlunu Qarabağa hərbi xidmətə yola saldı

Müsahibə

  • " width="300" height="266" />
    EKS-SPİKER RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Ən yaxşı mühəndis”dən enerji böhranı ilə bağlı şok açıqlamalar –"Sistemi cəmi iki saata bərpa etmək mümkün idi..."
  • " width="300" height="266" />
    EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOV DA DANIŞDI:“Daxildən Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əli Məsimli:“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”(MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:"ABŞ-ın Rusiyaya güzəştə getməsi mümkün deyil..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:“Qarşıdakı görüş göstərəcək ki, Ermənistan buna hazırdır, ya yox” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq köməkçisi Gəncədəki sui-qəsddən danışdı:“İdarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

19 İyul 2018
18 İyul 2018

Digər Xəbərlər

24 Dekabr 2017 - 15:05

Mingəçevirdə qadınların səlahiyyətləndirilməsi ilə bağlı tədbir keçirilib –FOTO

Dekabrın 22-də Mingəçevir şəhərində maraqlı tərəflərin iştirakı ilə “Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları mövzusunda dəyirmi masa keçirilib.

Strateq.az xəbər verir ki, dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” layihəsi ​çərçivəsində təşkil edilib.

Tədbirin məqsədi qadınların səlahiyyətləndirilməsi üzrə maraqlı tərəflərin – dövlət qurumlarının, özəl sektorun, vətəndaş cəmiyyətinin və bələdiyyələrin rolu və vəzifələri barədə müzakirələr aparmaq və onların işinin koordinasiyasını təşkil etmək olub. Tədbirdə Mingəçevir, Gəncə, Şəki, Oğuz, Yevlax, Ağdam, Tərtər, Balakən rayonlarından dövlət, özəl və ictimai sektoru təmsil edən 24 iştirakçı qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə çərçivəsndə görülən işlər barədə məlumat verib. O, maraqlı tərəflərin görüşünün qadınların səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama və bərabərlik hüququnun təşviq və təmin edilməsində, mövcud problemlər və onların mümkün həlli yollarının tapılmasında vətəndaş cəmiyyəti və maraqlı tərəflərin səmərəli əməkdaşlıq imkanlarının müzakirə edilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

“Qolobal Gender Fərqi İndeksi ürə Azərbaycanın reytinqinin 144 ölkə üzrə 98, qadınların sağlamlıq və uzunömürlülük sub-indeksi üzrə 142, siyasi səlahiyyətləndirmə sub-indeksi üzrə isə 131-ci yerdə qərarlaşması ürəkaçan göstərici deyil”– Fuad Həsənov bildirib.

Gender üzrə ekspert Gülnaz Ələsgərova “Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrıseçkilik daha geniş insan hüquqları çərçivəsində” təqdimat edib. O, çıxışında ayrıseçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyini, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntıları iştirakçıların diqqətinə çatdırıb.

G.Ələsgərova həmçinin qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin tətbiqinin əleyhinə olduğunu bildirib.

Eksper tərəfindən müzakirə iştirakçılarının sessiya üzrə suallarına birgə cavablar axtarılıb, rəy və təklifləri dinlənilib.

BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi sahəsindəki ümumi vəziyyət barədə məlumat verib. O, biznes prosesinin mərhələləri, qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçıların diqqətinə çatdırıb.

Onun sözlərinə görə, maliyyə müstəqilliyinin əsas təminatçısı olan qadın sahibkarlığı son illər inkişaf etsə də, hələ ki, kişilərlə rəqabət aparmaq iqtidarında deyil: "Sahibkarlıqda kişilərin hökmranlığı qalmaqdadır və hazırda kişi sahibkarların sayı qadın sahibkarlardan 4 dəfəyədək çoxdur. Qadın fərdi sahibkarın ümumi sahibkarlarda payı 21%-dir. Ancaq 2015-ci illə müqayisədə qadın fərdi sahibkarların payında artım müşahidə edilir. Sevindirici haldır ki, bu artım əsasən regionların hesabına baş verir".

Sonda qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi istiqamətində maraqlı tərəflərin maraqlarının nəzərə alınması və onların rolunun artırılması yolları barədə müzakirələr aparılıb.

Ağdam məktəbinin müəlliməsi, Mingeçevirdə məskunlaşan Mehparə Quliyeva əsas diqqəti erkən nikahın fəsadlarına, ailədaxili şiddətlərə yönəldib.

Yevlax rayonunda icma sədri Soniya Ridvanova neqativ halların aradan qaldırılmasında ictimai qınağın, ailədaxili qarşılıqlı anlaşmanın vacibliyini qeyd edib.

Regiondan olan bələdiyyə nümayəndələri müzakirə edilən problemlərin həllində yardımçı ola bilmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılması və imkan və resurslarının şaxəşələndirilməsinin zəruriliyini vurğulayıblar.

Müzakirələrin sonunda respublikada fəaliyyət göstərən mərkəzi və regional qadın krizis mərkəzlərinin ünvan və əlaqə formaları iştirakçılara paylanıb.  

Sonda maraqı tərəflər tərəfindən səsləndirilən rəy və təkliflərin sistemləşdirilərək gələcəkdə müvafiq qurumlara göndərilməsi qərara alınıb.