Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:"Sərvətlər mənimsənir, əhalinin böyük qismi kasıb yaşayırsa, bunun işğalçılıqdan fərqi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:“Azərbaycan İranda sabitliyin olmasını istəməlidir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fazil Mustafa:“İranda dövlət hakimiyyəti uğrunda amansız mübarizə gedir”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    RƏSUL QULİYEVDƏN İRAN HADİSƏLƏRİNƏ DAİR MARAQLI ANALİZ:"İran xalqı indiki rejimi dəyişməyə cəhd edəcək" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Yanvar 2018 - 16:27

“Azəriqaz” Müdafiə Nazirliyinin borclanması ilə bağlı münasibət bildirdi:"Qanunun tələblərindən irəli gələn normal bir prosedurdur"

Son günlərdə Müdafiə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında istifadə olunmuş təbii qaza görə yaranmış borcla bağlı iddia gündəmə gəlib.

Məsələ ilə bağlı “Azəriqaz”dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Azəriqaz” öz fəaliyyətini maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq aparır və bu maliyyə hesabatları hər il nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən yoxlanılır.

Qeyd edilib ki, beynəlxalq tələblər baxımından, müqavilə üzrə yaranmış borc münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənməli və maliyyə hesabatlarında öz əksini tapmalıdır. “Beləliklə, borclanma ilə bağlı iddiaların qaldırılması beynəlxalq qurumların və qanunvericiliyin tələblərindən irəli gələn məsələdir: “Azəriqaz” və digər qurumlar, o cümlədən dövlət qurumları mülki münasibətlərin iştirakçısı kimi çıxış edərək sərf etdiyi təbii qaza görə müəyyən olunmuş məbləği ödəyirlər. Bu zaman bəzən təbii qazdan istifadə edən qurum tərəfindən müəyyən vəsaitin ödənilməsində gecikmələr yarandığına görə borclanma yaranır. Belə halda “Azəriqaz” tərəfindən normal prosedur qaydalara və qanunvericiliyin tələblərinə (iddia müddəti və s.) uyğun olaraq müvafiq yazışmalar aparılır və bəzən məhkəmədə iddia qaldırılır”.

Bildirilib ki, Müdafiə Nazirliyi ilə bağlı qaldırılan iddialar da digər qurumlarla bağlı qaldırılan iddialar kimi qanunun tələblərindən, eləcə də beynəlxalq standartların tələblərindən irəli gələn normal bir prosedurdur və burada hər hansı qeyri-adi yanaşmadan söhbət gedə bilməz. “Təcrübədə əvvəllər də köçürmələrin gecikməsi ilə bağlı müxtəlif qurumlara qarşı iddialar qaldırılıb, yaranmış borcla bağlı ya məhkəmə qərarı, ya da tərəflər arasında razılıq yolu ilə həll olunub. Düşünürük ki, gələcəkdə də bu səpkili məsələlər, problemsiz olaraq, öz həllini tapacaq. “Azəriqaz” İB də bütün qurumlara, o cümlədən Müdafiə Nazirliyinə, hazırda olduğu kimi, gələcəkdə də böyük məmnuniyyətlə xidmət göstərəcək”,-açıqlamada vurğulanıb.