Gündəm

  • " width="300" height="266" />
    Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi –SİYAHI
  • " width="300" height="266" />
    ABŞ-ın seçkiyə müdaxilə ittihamı ilə həbs etmək istədiyi 13 Rusiya vətəndaşı arasında azərbaycanlı da var –SİYAHI + FOTO
  • " width="300" height="266" />
    Türkiyə XİN rəhbəri Tillersondan tələb etdi:“PYD/YPG-nin Menbicdən çıxması lazımdır”
  • " width="300" height="266" />
    Rəsmi Bakıdan ABŞ kəşfiyyatının Qarabağ hesabatına reaksiya:“Bu şəraitdə sülhdən danışmaq açıq riyakarlıqdır”
  • " width="300" height="266" />
    Ərdoğanla Tillerson arasında 3 saat 15 dəqiqə çəkən qapalı görüş:masada nələr olub? - ABŞ-dan ilk rəsmi reaksiya + VİDEO
  • " width="300" height="266" />
    Daha 6 kənd PYD terrorçularından təmizləndi –7 türk əsgəri yaralandı
  • " width="300" height="266" />
    Prezident nazirlərin toplantısında: “Əməkdaşlıq o zaman mümkündür ki, tərəflər ondan faydalansın” –TAM MƏTN
  • " width="300" height="266" />
    Dövlət Departamenti:""Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə təhlükəsizliyi təmin edəcək"
  • " width="300" height="266" />
    Tillerson Livanda gözlənilməz vəziyyətlə üzləşdi –Nazir görüşə gəlmədi, üstəlik... + VİDEO
  • " width="300" height="266" />
    Baş nazirdən Ankaraya xəbərdarlıq:"Yunanıstan oyun oynanılacaq ölkə deyil, təhdidlərə göz yumulmayacaq"

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

17 Fevral 2018
16 Fevral 2018

14 Fevral 2018 - 17:04

Pensiyaları sabah günün sonunda almaq mümkün olacaq- İki aylıq artımla birgə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev özəl olaraq Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

E. Babayev bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur: “Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Son iki iş günü ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablamalar başa çatdırılıb və bu gündən artıq maliyyələşmə işlərinə başlanılıb. Pensiyaçılar sabah günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər”.

Şöbə müdiri deyib ki, Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır: “2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 566 745 nəfərdir. Çox böyük bir say alınsa da, sığorta-pensiya sisteminin elektron infrastrukturu həm əmək pensiyalarının, həm də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması işlərinin avtomatlaşdırılmış şəraitdə 2 gün ərzində yerinə yetirməyi mümkün edib".