Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

16 May 2018 - 21:15

Məktəblərdə direktor müavinlərinin işə qəbulunda bəzi məhdudiyyətlər tətbiq ediləcək- Təhsil Nazirliyi

Azərbaycanda orta məktəblərdə direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırovun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu əvvəlki illərdə olduğu kimi bu il də yerli təhsl idarəetmə orqanlarının səlahiyyətinə aid olacaq:

“Sadəcə olaraq, bu məsələ ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişiklik ondan ibarətdir ki, əvvəlki illərdə direktor müavinləri pedaqoji təcrübəsinə görə kənardan işə qəbul oluna bilirdisə, indi bu məsələdə məhdudiyyət müəyyən edilib”.

E.Bağırov bildirib ki, yalnız təhsil müəssisəsində çalışan müəllimlər vəzifədə irəli çəkilmək yolu ilə direktor müavini təyin olunacaqlar.

Nazirlik rəsmisi hesab edir ki, bu, müəllimlərin daha motivasiyalı işləməsinə səbəb olacaq.