XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 19:12

Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulunun vaxtı açıqlanıb- Nazirdən açıqlama

“Beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanuna edilən son dəyişikliklər əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiadaların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar: “Hazırda Təhsil Nazirliyi müvafiq qurumlar ilə birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır. Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra – növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək”.