Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

14 Sentyabr 2018 - 16:00

Orfoqrafiya Komissiyası yekun qərarını verdi –Hansı sözlər daha qoşa hərflə yazılmayacaq?  

 

Orfoqrafiya Komissiyası yekun qərarını verdi. Müzakirəyə çıxarılan 11-bəndlik dəyişiklik təklifindən cəmi 3-ü təsdiqlənməyib, 8-i isə təsdiqlənib. Bu dəyişikliklərdən ən mühümü, narazılıqlarla qarşılanan qoşa «y» ilə yazılan sözlərdə onlardan birinin düşməsi ilə bağlıydı. Ancaq həmin təklif qəbul edilməyib.

Bu haqda Azadlıq Radiosuna AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyir. O bunun səbəbini cəmiyyətdə qarşıdurma yaratmamaq istəyi ilə izah edir: Qarşıdurmanın aradan qaldırılması, sabitlik naminə bu addımı atdıq. Onunla bağlı 121 nəfər müraciət etmişdi. Onun 61 nəfəri orta məktəb müəllimləri idi. Onlar izah edirdi ki, qoşa «y» ilə bağlı təklif qəbul edilsə, biz dərs vəsaitlərindən, testlərdən istifadə edə bilməyəcəyik, dilimiz uçuruma gedəcək, ədəbi dilimiz korlanacaq. Ona görə ortaq məxrəcə gəldik ki, bu təklif qəbul olunmasın. Özümüz, şəxsən İsa müəllim (AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor, deputat İsa Həbibbəyli – A.R.) bu maddənin çıxarılmasını təklif etdi. Bu dəyişikliklər məni qane etdi və əsas odur ki, cəmiyyətdə ortaq məxrəcə gələ bildik.

Bəs qəbul edilən təkliflər hansılardır?

İndiyədək sözün sonunda və ya əvvəlində işlənən qoşa «s»lərdən biri ixtisar olunacaq. Yəni «ssenari», «ssuda», «ekspress», «stress» sözləri «senari», «suda», «ekspres», «stres» kimi yazılacaq. Direktor bu təklifin yekdilliklə keçdiyini bildirir.

Daha nə? M.Nağısoylu davam edir: Əvvəlki qaydalarda da bu vardı, məsələn, Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclisin Sədri kimi vəzifələrdə sözlərin hamısı böyük hərflə yazılacaq, amma nazirlərdə bu qayda fərqli olacaq – birinci söz böyük, digərləri kiçik olacaq. Tutalım, «Təhsil naziri», «Səhiyyə naziri» yazılacaq, nazirliklər çoxdur da. Bir Baş Nazir, bir Milli Məclisin Sədri, bir də Respublika Prezidenti böyük, qalan nazirlər və yerdə qalan prezidentlər kiçik yazılacaq.

Yeri gəlmişkən, Orfoqrafiya Komissiyası bir «dolaşıqlığı» da aradan qaldırıb: “Məsələn, Nizami adına Ədəbiyyat İnstitutunun bir şöbəsinin adı böyük, ya kiçik hərflə yazılmalıdır? Təklif etdik ki, birinci söz böyük, ikinci kiçik yazılsın. Məsələn, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi”.

Dəyişikliklərdən biri də «anti» və «ümum» sözlərindən sonrakı sözlərin yazılışı haqqındadır.  ““Anti” sözü ümumi və xüsusi sözlərdə (məsələn, antivirus, antidemokratik, antirusiya) bitişik yazılırdı. Bizim dilimizdə də sözün ortasında böyük hərfin işlənməsi məqbul sayılmır. Ona görə də razılaşdıq ki, anti sözündən sonra xüsusi isim gələndə böyük hərflə, amma defislə yazılsın, tutalım, anti-Azərbaycan, anti-Rusiya və s. Və ya «ümum» sözündə də eyni qayda tətbiq olunacaq. Ümumxalq, ümumittifaq sözləri bitişik yazılır, ancaq yenə xüsusi isimdən sonra defis qoyularaq, ikinci söz böyük hərflə yazılsın. Məsələn, «ümum-Rusiya», «ümum-Azərbaycan». Burda bir çaşqınlıq, dolaşıqlıq vardı, o aradan qalxacaq”, – Nağısoylu izah edir.

Orfoqrafiya Komissiyasına verilən təkliflər bir neçə aydır müzakirə olunur və bəziləri elə ilk gündən cəmiyyətdə narazılıqla qarşılanmışdı. Hətta bunlardan bəzilərinin hansısa yüksəkvəzifəli məmurların təklifi ilə gündəmə gətirildiyi iddia olunurdu. İnstitut direktoru bu iddialarla razılaşmır. O deyir ki, ötən illərdə bu müzakirələr dar çərçivədə, mütəxəssislər arasında aparılsa da, bu dəfə təklifləri ictimaiyyətin müzakirəsinə çıxarıblar: “Və nəticədə hər şeyi nəzərə aldıq. Qəbul olunmasa da, elə bir ciddi məsələ yoxdur”.

Qulu Məhərrəmli: “Dilə təcavüzün qarşısı alındı”

“Normal qərarlar qəbul olunub. Dilə təcavüz təhlükəsi aradan qalxıb. Biz bundan çox ehtiyatlanırdıq”.

Bu müzakirələrdə ən fəal iştirakçılardan və təkliflərə ilk gündən tənqidi münasibətini açıqlayanlardan biri – jurnalist, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin keçmiş müdiri Qulu Məhərrəmli dəyişikliklərdən danışarkən deyir. Onun qənaətincə, dillə bu şəkildə sərbəst davranmaq olmaz: “Yüz illər boyu onun lüğət fondunda sabitləşmiş sözləri dəyişdirməyə cəhd vardı, yaxşı ki, bu baş tutmadı. Qoşa «y» ilə yazılan sözlərdə dəyişiklik dildə xaos yaradacaqdı və bu dolaşıqlıq, heç olmasa, 25-30 il davam edəcəkdi. Yaxşı ki, ağıllı adamlar tapıldı və yuxarı dairələrdə, Elmlər Akademiyasında müqavimət göstərənlər oldu. Gənc alimlərin fəallığının da rolu oldu və ya müəllimlər təhlükəni görüb biganə qalmadılar. Sevinirəm ki, sonda həm ictimai rəy, həm də cəmiyyəti idarə edənlər dilin orfoqrafiyasının, fəlsəfəsini doğru-dürüst anladılar. Bildilər ki, dəqiqəbaşı qayda və ya söz dəyişmək yolverilməzdir. Dildə oturuşmuş sözləri, qaydaları dəyişmək elmi prinsipə söykənmir”.

Q.Məhərrəmli bir şeyə təəssüflənir, o da şair və yazarların bu müzakirədən kənarda qalmasına:  “Təəssüf ki, şeiriyyətdən, dilin gözəlliyindən danışan bir çox yazıçılar, şairlər, akademiklər bu sınaqdan çıxa bilmədilər. Məlum oldu ki, bunların dil sevgisi sözdədir, dar ayaqda dilin müdafiəsində dayana bilmirlər. Onlar prinsip adamı deyillər”.

Son dəyişikliklərə gəlincə, jurnalist deyir ki, qeyri-adi heç nə baş verməyib, yeni qaydaların bəzisi əvvəl də Azərbaycan dilində olub: “Belə, bir-iki o qədər də böyük əhəmiyyəti olmayan qaydalar qəbul olunub. Bunlar da normaldır, xüsusi etirazım yoxdur”.

Layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.