XƏBƏR LENTİ

11 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 12:03

Heydər Əliyevin qızının doğum günüdür –Sevil Əliyeva 63 yaşını qeyd edir (FOTOLAR)

Bu gün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qızı Sevil Əliyevanın 63 yaşı tamam olur.

Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində, 1971-1977-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb.

1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. O, bir çox musiqi əsərinin müəllifi olmaqla yanaşı, 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Ze qaleri of Sevil” musiqi albomu təqdim olunub.

Hazırda Londonda yaşayan Sevil Əliyeva ailəlidir və 3 övladı var. Onun böyük oğlu Giraf Əliyev idmanla məşğuldur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edib və 5-ci yeri tutub.

Kiçik oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir. S.Əliyevanın mərhum anasının adını daşıyan Zərifə adlı qızı da var.

O, “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.