XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

07 Noyabr 2018 - 18:32

Gömrük xidməti mayoru işdən çıxarılıb- Rüşvətə görə

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə gömrük xidməti mayoru işdən çıxarılıb, iki nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.

Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.