XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 12:01

Qızıl medal alan məzunlara imtahan güzəşti ləğv olundu –Dəyişiklik layihəsindən çıxarıldı

Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verərək qəbul olunması ilə bağlı təklif yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.

Buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub.

Qanun layihəsinin 13-cü (ümumi təhsilin təşkili) maddəsinin 18-ci bəndinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar. Bu, “Təhsil haqqında” qanunda da əksini tapıb.

Yenilik 9-cu bəndlə bağlı idi: “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”.

Bu bənd (güzəşt) qanun layihəsindən çıxarılıb/Report.