XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 15:20

Luksemburqda avtobuslar pulsuz olacaq –2020-ci ildə  qatar biletləri də ləğv olunacaq

Luksemburq dünyada ictimai nəqliyyatı pulsuz edəcək ilk ölkə olacaq. Gələn yaydan qatarlarda, tramvaylarda, avtobuslarda gediş haqqı ləğv olunacaq.

“The Guardian” qəzeti yazır ki, bu, Xavier Bettelin başçılıq etdiyi koalisiya hökumətinin planlarına daxildir.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Bettel dünən – dekabrın 5-də ikinci müddətə baş nazir kimi and içib. Onun rəhbərlik etdiyi Demokratik Partiya sol qanad Sosialist Fəhlələri Partiyası və Yaşıllarla birlikdə hökumət quracaq. Baş nazir seçki kampaniyası zamanı ətraf mühitə prioritet verəcəyini deyirdi. Nəqliyyat vədindən başqa, yeni hökumət marixuananı leqallaşdırmaq, daha iki yeni dövlət bayramı təsis etmək vədi verib.

Hazırda Luksemburq şəhəri dünyada ən ağır nəqliyyat sıxlığı yaşayır. Bu şəhərdə 110 min nəfər yaşayır, amma daha 400 min nəfər şəhərə işə gedib-gəlir. Bir araşdırmaya görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda ortalama 33 saat keçiriblər. Ümumilikdə ölkənin 600 min nəfər sakini var. Amma Fransa, Belçika və Almaniyada yaşayan 200 minədək adam hər gün Luksemburqa işə gedib-gəlir.

Bu ölkə getdikcə nəqliyyata proqressiv yanaşma sərgiləyir. Bu yay hökumət uşaqlar və 20 yaşınadək gənclər üçün nəqliyyatı pulsuz edib. Orta məktəb şagirdlərini təhsil ocağından evlərinə pulsuz avtobuslar aparıb gətirir. Ictimai nəqliyyatdan istifadə edənlər isə iki saatlıq gediş-gəliş üçün 2 avro ödəməli olurlar. Yəni cəmi sahəsi 2 min 590 kv km olan bu ölkədə iki saatı istənilən tərəfə gedib gəlmək olar.

2020-ci ilin əvvəlindən isə bütün biletlər ləğv olunacaq. Amma bu siyasətə hələ hərtərəfli baxılmalıdır. Məsələn, qatarların birinci və ikinci sinif vaqonları barədə qərar verilməlidir. Yeni hökumətin marixuanayla bağlı siyasəti isə daha çox müzakirə doğurub. Söhbət bu maddənin alışı, saxlanması və istifadəsini qanuniləşdirməkdən gedir.