XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 11:39

Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı çoxalıb –Dövlət Miqrasiya Xidmətinin rəisi rəqəmləri açıqladı

2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib: “Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Hesabat dövründə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

DMX rəisi vurğulayıb ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.