XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 11:53

Müxalifətçi partiya sədri nazirə müraciət etdi:“Məktəblərdə pul yığılması ilə bağlı yüzlərlə şikayət gəlir”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbayca Respublikasının təhsil naziri Ceyhun Bayramova açıq məktub yazıb.

Partiyadan Strateq.az-a daxil olan məktubda orta məktəblərdə 8 mart günü ilə bağlı pul yığılması cəhdləri ilə bağlı şikayətlərdən danışılır.

ALDP sədri yazır ki, 8 Mart beynəlxalq qadınlar günü yaxınlaşdıqca  fevral ayının əvvəlindən ona məktəblərdə valideyinlər tərəfindən “pulyığma” kampaniyasından yüzlərlə şikayətlər gəlir. Məktəblər müxtəlif ərazilərdə yerləşdikləri kimi, toplanacaq pulların miqdarı da müxtəlifdir.

Belə ki, Yasamal rayonu 225 nömrəli təhsil mərkəzində 20 manat, 172 saylı məktəbdə 35 manat, Səbail rayonu 8 saylı orta məktəbdə 40 manat, 236 saylı orta məktəbdə 20 manat, Nəsimi rayonu, 1 saylı orta məktəbdə 25 manat, Abşeron rayonu, Xırdalan şəhər 3 saylı orta məktəbdə 20 manat, Binəqədi rayonu 314 saylı məktəbdə 25 manat, Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 30 manat, Xətai rayonu 27 və 165 saylı məktəbdə 20 manat pul yığılır. Bu siyahını davam etmək də olar”.

F. Əliyev qeyd edib ki, sosial problemlərin olduğu bir vaxtda, işsizlik, maaşların az olması, qiymətlərin gündən-günə qalxması və üstəlik Azərbaycan ailələrində orta hesabla məktəbdə oxuyan 2 usağa görə valideyinin 50-60 manat pul verməsi ailə üçün böyük problemə çevrilir: “Valideyinlərin Təhsil Nazirliyinin “Qaynar xətt”inə zəng vurmamasına aydınlıq gətimək istəyirəm. Onların sözlərinə görə, “Qaynar xətt”də Müəllimlər günü, 8 Mart, Bilik günü və digər bayramlarda pul yığılması ilə bağlı zəng vurandan sonra uşaqlara təzyiqlər olur. İş o yerə gəlib çıxır ki, bu təzyiqlərdən sonra valideyinlər uşağı məktəbdən çıxarıb başqa məktəbə keçirmək məcburiyyətində qalırlar.

ALDP sədrinin sözlərinə görə, ona görə bu hallardan qorxaraq valideyinlər “Qaynar xətt”ə yox, digər təşkilatlara, o cümlədən bizim kimi siyasi partiyalara üz tuturlar: “İnanmaq istəyirəm ki, bu məktub məktəb direktorlarına, müəllimlərə, valideyinlərə və şagirdlərə heç bir problem yaratmaz. Valideyinlər də imkan daxilində, sərbəst və könüllü olaraq müəlimləri təbrik edərlər. Ümid edirəm ki, məlum bayramlarda məktəblərdə pul yığma kampaniyasına sizin kəskin müdaxiləniz nəticəsində son qoyulacaq.