XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 17:34

Xəzər Universitetində Şahmat Akademiyası fəaliyyətə başlayıb –FOTO

Fevral ayının 10-da Xəzər Universiteti nəzdində yaradılan Şahmat Akademiyasının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə şahmat ictimaiyyəti, Gənclər və İdman Nazirliyi, Şahmat federasiyasının nümayəndələri, şahmatçılar, media işçiləri, valideynlər və digər qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı müasir tələblərə cavab verən, yeni tədris proqramları üzrə fəaliyyət göstərəcək bir şahmat akademiyası yaratmaqda məqsədin Azərbaycanda şahmatın inkişafına töhvə vermək olduğunu bildirib. Sonra Hamlet İsaxanlı Azərbaycan şahmatının tarixi, onun gələcək inkişaf yolları haqqında danışıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi,  beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Azərbaycan İdman Jurnalistlərin Asossiasiyasının Prezidenti, əməkdar jurnalist  Eldar İsmayılıov, uzun illər ölkə şahmatının inkişafına xidmət etmiş beynəlxalq qrossmeyster, əməkdar məşqçi Sərxan Quliyev və başqaları çıxış edərək Akademiyanın ölkə şahmatı üçün xeyirli işlər görəcəyinə inamlarını ifadə etdilər. İştirakçılar arasında Azərbaycan şahmatının inkişafı yönündə maraqlı müzakirələr aparıldı.

Xəzər Universiteti Şahmat akademiyasında dərslər  beynəlxalq qrossmeyster  Nicat Məmmədovun 25 illik şahmat  təcrübəsi  və  FİDE ustası Elşad Rzayevin pedoqoji fəaliyyətinə əsaslanan,  hər səviyyəyə uyğun hazırlanmış illik tədris proqramları əsasında keçiriləcək. Gələcəkdə bu təcrübələrin serial kitablar şəklində ictimaiyyətə çatdırılması gözlənilir. Bundan əlavə Akademiyada istedadlı və şahmata böyük həvəs göstərən uşaqlar üçün mütəmadi seans, seminar və master klassların keçirilməsi nəzərdə tutulur.

Xatırlatmaq istəyirik ki, Xəzər Universiteti Şahmat Akademiyası ölkədə bu işlə məşğul olan yeganə təhsil məkanıdır ki, burada dərslər Beynəlxalq Qrossmeyster və FİDE master tərəfindən aparılır. Akademiyada dərslər 4 dildə (Azərbaycan, türk, rus və ingilis dili) dillərində tədris edilir. Eyni zamanda, akademiyada azyaşlı uşaqlar üçün dərslər xüsusi hazırlanmış rəngarəng, əyləncəli proqramlarla tədris olunur.