XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 16:42

Bu qurumlarda 72 vakant vəzifələr var –DİM açıqladı + SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibatı vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. 

Strateq.az xəbər verir ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 14 aprel 2019-cu il tarixinə qədər davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 14 aprel 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə

Maliyyə Nazirliyi  (23 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

• Maliyyə Nazirliyi (23 vəzifə) – BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 19

• Bakı Ağır Cinayətlər Məhkəməsi (17 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 16

• Gənclər və İdman Nazirliyi (4 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3

• Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB1 altqrupu üzrə 1 vəzifə

• Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

• Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

• Qəbələ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

• Siyəzən  Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

• Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 15 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 73 vakant vəzifənin 2-si 5-ci təsnifata, 18- i 6-cı təsnifata, 53-ü isə 7-ci təsnifata aid olmaqla, 2-si BA, 71-i isə BB vəzifə qrupuna aiddir.