XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 20:00

Vasif Talıbov dörd nəfərə mənzil hədiyyə etdi –FOTO

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.

Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzillə təmin olunanlara təşəkkürünü bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və yeni mənzillərində firavan həyat arzulayıb. Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, müharibə iştirakçıları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirib.

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb. Mənzillə təmin olunanlara xalça hədiyyə edilib.