XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

17 Aprel 2019 - 15:12

Özünü AQTA-nın əməkdaşı kimi təqdim edərək rüşvət alan dələduzun görüntüləri yayılıb- FOTO

Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin videogörüntüsü ictimaiyyətə təqdim olunub. Aprelin 12-də agentliyin 1003 “Qaynar xətt”inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Azərtac-a verilən məlumata görə, araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. Kafenin sahibinin əvvəlcədən mağazada quraşdırdığı kamerada həmin şəxsin videogörüntülərinin olduğu müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin şəxsin agentliyin əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt”inə məlumat verməyi xahiş edir.