XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 12:02

Bu il iki nəfər quduzluqdan ölüb- Səhiyyə Nazirliyi

Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: “Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb”.

Direktor müavini qeyd edib ki, sahibsiz itlərin sayı həddindən artıq artıb: “İnsanlar heyvan dişləmələri zaman ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar”.