XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

12 May 2019 - 20:11

Leysan Zərdabda ailəni evsiz qoydu –FOTO

Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

ONA xəbər verir ki, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev güclü leysan yağdıqdan sonra uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq mümkün deyil.

E.Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.