XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

13 May 2019 - 20:32

Azərbaycanda məcburi nikaha daxilolma halları artıb- Komitə

Azərbaycanda iş yerlərində, o cümlədən təhsil və tibb müəssisələrində seksizm (cinsi ayrı-seçkilik) halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib.

Cinsi ayrı-seçkiliyin insan hüquq və azadlıqlarının pozulması olduğunu deyən E.Səfərov əlavə edib ki, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Azərbaycanda da məcburi nikaha daxilolma halları artıb.

Komitə rəsmisi seksizmlə yanaşı, seksual zorakılıq hallarının yayılmasına da toxunub. E.Səfərov bildirib ki, bəzən sosial şəbəkələr insanların seksual zorakılığın qurbanına çevrilməsinə səbəb olur. O, Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə etdiyini də nəzərə çatdırıb.

E.Səfərov qeyd edib ki, seksizm məsələləri qanunvericilik aktlarına, Cinayət, İnzibati Xətalar məcəllərinə, “Gender təminatı haqqında” Qanuna daxil edilməlidir: “Qanunların həssas qruplara aid olması nəzərə alınmalıdır. Bir çox təşkilatların seksizm hərəkətlərinə qarşı mübarizə aparması vacibdir. Seksizmlə mübarizə sistemində ayrıca institut yaradılmalıdır. Gender bərabərliyi, qadın və qızlara qarşı edilən seksizm hərəkətləri ilə bağlı xüsusi tədqiqatlar aparılmalıdır. Mediada real vəziyyəti göstərmək lazımdır ki, nələr edilir və qadınlarla bağlı hansı problemlər var”.