XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

16 May 2019 - 17:32

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb- Statistika

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

Trend-in məlumatına görə, aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.

Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub.