XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

18 May 2019 - 20:16

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi yeni layihəyə start verdi –Oğuz, Şəki və Neftçala rayonlarında

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin ““Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə kəndli-fermerlərin məlumatlandırması” adlı layihəyəsinə start verilib.

Təşkilatdan Strateq.az-a verilən məlumata görə, layihə çərçivəsində Oğuz, Şəki və Neftçala rayonlarında fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri üçün ictimai dinləmə keçiriləcəkdir.  Kooperativdə birləşmək istəyənlər üçün hüquqi xarakterli və maliyyə- mühasibatla bağlı sənədlərin hazırlanmasına kömək ediləcək, konkret məsələlər üzrə məsləhətlər veriləcəkdir.