XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

24 May 2019 - 12:55

Şəki-Zaqatala bölgəsində şagirdlər üçün məlumatlandırma sessiyaları…- FOTOLAR

“Konstitusiya” Araşdırmalar Fondu Avropa Ittifaqı və BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı çərçivəsində “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsini icra edilir.

Layihənin məqsədi hökumətin Azərbaycanda qadınların ödənişsiz qayğı, məişət işinin, əməyin dəyərləndirilməsini təmin edən, ev təsərrüfatında və ailədə öhdəliklərin bölünməsində bərabərliyi təşviq edən, əmək stajı olmayan evdar qadınların marağını nəzərə alan siyasət aparmasına yardım göstərilməkdir.

Layihə çərçivəsində 15-21 may tarixlərində Şəki, Qax, Zaqatala və Balakəndə 11-ci sinif şagirdləri üçün “Nikah müqaviləsi” mövzusunda məlumatlandırma sessiyası təşkil olunub. Məlumatlandırma sessiyalarında Şəki şəhəri üzrə 78, Qax şəhəri üzrə 71, Zaqatala şəhəri üzrə 74, Balakən şəhəri üzrə 77 şagird iştirak edib. Ümumilikdə, məlumat sessiylarında 300 şagird iştirak edib.

Məlumatlandırma sessiyasında layihənin hüquqşunası Zaur Quliyev iştirakçılara nikah müqaviləsnin mahiyyəti, onun bağlama müddəti, onun verdiyi təminatlar, bağlanması ilə əlaqədar prosedurlar və digər məsələlər üzrə iştirakçılara geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Layihə çərçivəsində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qadınlar üçün ödənişsiz hüquqi konsultasiya ofisləri öz fəaliyyətlərini davam etdirirlər. Hüquqi konsultasiya ofislərində qadınlara peşəkar ailə hüququ, təsərrüfat hüququ, mülki hüquq, bank hüququ və hüququn digər sahələri üzrə yaranan problemli vəziyyətləri həll etməyə köməklik edilir. Konsultasiya yazılı və ya şifahi formada göstərilir. Hüquqi konsultasiya ofisləri hər ay əhali üçün maarifləndirmə sessiyaları təşki edir.