XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

11 İyun 2019 - 13:46

Gürcüstan Təhsil Nazirliyi:"Azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq"

2019-2020-ci tədris ili üçün Gürcüstanın Azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq.

Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “Batumelebi” nəşrinə bildiriblər.

Nazirliyin Məktəbəqədər və ümumi təhsilin inkişafı departamentinin sədr müavini Eka Lecava bildirib ki, dərsliklər I-VI sinifləri əhatə edəcək.

Onun sözlərinə görə, həmin dərsliklər yeni milli plana uyğun hazırlanıb: “Qeyri-gürcü dilli məktəblər üçün dərsliklər üç – Azərbaycan, erməni və rus dillərində nəşr olunacaq. Gürcü dili və ədəbiyyatı dərsliyi də yenilənəcək”.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi dərsliklərin nəşri ilə bağlı artıq tender elan edib. I-VI siniflər üçün 1 817 800, VIII-XII siniflər üçün 355 160 kitab və iş dəftərlərinin nəşrinə, ümumilikdə, 7 milyon 790 239 lari xərclənəcək/Report.