XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

13 İyun 2019 - 10:10

“ASAN-Xidmət”, komitə, məhkəmələr… –Bu dövlət qurumlarda 103 vakant vəzifə var + SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Strateq.az DİM-ə istinadla xəbər verir ki, müsahibədə iştirak üçün namizədlər iyulun 12-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

– struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə

– vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıdakılardır: 

– Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) –BB3 altqrupu üzrə 39, BB4 altqrupu üzrə 1 vəzifə

– Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) – BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 3, BB2 altqrupu üzrə 12, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 21 vəzifə

– Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2 vəzifə

– Şirvan Apelyasiya Məhkəməsi (13 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 12 vəzifə

– İsmayıllı Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 2 vəzifə

– Əqli Mülkiyyət Agentliyi – BA4 altqrupu üzrə 1 vəzifə

– Biləsuvar Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 1 vəzifə

– Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi -BB4 altqrupu üzrə 5 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 103 vakant vəzifənin 15-i 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 70-i isə 7-ci təsnifata aid olmaqla, 15-i BA, 88-i isə BB vəzifə qrupuna aiddir.