XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 20:25

Hədəf Liseyi “Qurtuluş günü”ndə maraqlı tədbir keçirdi –Elm, Faydalılıq, Mühəndislik Festivalı (FOTOlar)

Hədəf STEM Liseyində 15 iyun Qurtuluş gününə həsr olunmuş “EFMF 2019” – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib.

Festivalın şüarı “Xəyallarını əllərin göstərsin” olub. Festival Hədəf STEM liseyi müəllimlərinin lisey balabilgələrilə bir il ərzində hazırladıqları layihələr əsasında hazırlanıb.

Xtırldaq ki, tədris ili boyunca AZTV ilə Hədəf Liseyinin birgə layihəsi olan “Uğur düsturu” verilişində bəzi layihələr nümayiş etdirilib, elmi izahları və həlləri verilsə də, son yekun hesabatda liseyin əksər şagirdlərinin də işləri sərgilənib.

Milli Qurtuluş Gününə həsr olunmuş “EFMF 2019”-u giriş sözü ilə liseyin qurucu direktoru, Hədef Konseptinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıb.

Şəmil Sadiq çıxışınd deyib: “Ulu Öndər Heydər Əliyevin “Təhsil Millətin gələcəyidir” şüarı ilə yola çıxan hədəfçilər olaraq düşünürük ki, müstəqil dövlətimizin gənclərini prezidentimiz İlham Əliyevin də “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik…” fikirləri ilə böyütməli, onları Azərbaycanımızın gələcəyinə hazırlamalıyıq. Bunu üçün də biz profil olaraq mühəndislik və texnologiyanı seçdik və budur, şagirdlərimiz ilk bacarıqlarını sizlər üçün nümayiş etdirirlər. Bu gün yüzdən çox fərdi şəkildə hazırlanmış faydalı mühəndislik avadanlıqları ilə yanaşı, 9-10 cu sinif şagirdlərimiz STEM Mərkəzimizin rəhbərli Eşqin Quluzadənin dəstəyi ilə komanda şəklində saatda 40km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırladılar. Bu gün həmin maşını sizlərə təqdim edirik”.

Sonra Liseyin direktoru milli geyimli balabilgələrin hazırladıqları nanəli şərbəti qonaqlara təqdim edib və mavi rəngli ipəyi açaraq, Hədəf maşınını qonaqlara nümayiş etdirib.

Festivalda iştirak edən Gömrük Akademiyasının rektoru Qulu Novruzov, DGTYB Məsləhət Qrumunun başqanı Əkbər Qoşalı, “Türküstan” qəzetinin baş redaktörü Aqil Camal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri Yusf Əliyev, Respublikanın Əməkdar müəllimi, Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, Behrud İnşaatın rəhbəri İlham Alməmmədov, BP-nin şöbə müdiri Zaur Cəbrayıl, “Yeni Azərbaycan” qəzetinin redaktoru, əməkdar jurnalist Nadir İsmayılov, Nəsimi rayon 36 nömrəli məktəbin direktoru Emilya Səfərova yüksək nəticə toplayan şagirdlərə sertifaktlarını təqdim edib, festivalla tanış olub, şagirdlərin təqdimatlarını dinləyiblər.

EFMF 2019 layihəsinin rəhbəri Cahid Hüseynov qonaqları sərgi ilə tanış edib və bildirib ki, gələn ildən bu festivalı respublika səviyyəsində keçirməyi planlaşdırırlar.

Festival saat 11:00-dan 15:00-a qədər davam edib, hazırlanmış proyektlər gələn qonaqlara nümayiş etdirilib.