XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

18 İyun 2019 - 16:27

Azərbaycanın şimalında turistlər evlərdə qalmağa üstünlük verirlər –Səbəb + VİDEO

Şimal bölgəsinə istirahətə gələn turistlər daha çox kənd yerlərində fərdi yaşayış evlərində qalmağa üstünlük verirlər.  

Strateq.az “Report”a istinadla bildirir ki, turistlərin otellərə marağı azılıb, onlar kənd yerlərində fərdi yaşayış evlərini kirayələyərək istirahət edirlər.

Belə kəndlərdən biri də Quba-Qonaqkənd yolunun üstündə yerləşən Təngəaltı kəndidir. Burada evlər müasir tipli təmir olunub və turistlərin qalmaları üçün şərait yaradılıb. Bəzi evlərdə internet şəbəkəsi də quraşdırılıb.

Ev sahibləri bildiriblər ki, şimal bölgəsində həm yerli, həm də əcnəbi turistlərin iyun ayının əvvəllərindən başlayraq oktyabr ayına qədər istirahət etdiklərini bildiriblər. Ev sahibləri əlavə ediblər ki, qiymətlərin münasib olması səbəbindən istirahətə gələnlər narazılıq etmirlər.

Kənd yerlərindəki fərdi yaşayış evində qalmağa üstünlük verən turistlər adının və görüntüsünün çəkilməsini istəməsələr də, otellərin qiymətlərinin münasib olmadığını, otellərdə xərclərinin daha çox çıxdığını və otellərdə qalmağın fərdi yaşayış evlərindəki istirahətin yerini vermədiyini deyərək bu addımı atdıqlarını bildiriblər.

Burada kənd sakinləri yol kənarında piştaxtalarda həyət və bağlarında becərdikləri məhsulları satışa çıxarırlar. Gələn qonaqlar və turistlər bu təbii məhsullarla maraqlanaraq onlardan alırlar.

Satıcılar isə turizmin inkişafında “informator” rolunu oynayır. Belə ki, gələn turistlər kirayə evlər və gəzməli-görməli yerlər barədə onlardan informasiya alırlar.

Xatırladaq ki, Qubada 3 turizm marşrut xətti var. Bunlar Quba-Qonaqkənd, Quba-Xınalıq və Quba-Alpan-Susay turizm marşrut xətləridir.

Quba-Qonaqkənd yolu Quba-Qonaqkənd-Qızmeydan-Şamaxı yolunun bir hissəsidir.

Həmçinin Quba-Qonaqkənd yolu üzərində Afurca şəlaləsi, Güləzi şəlaləsi, (kiçik şəlalə), Qonaqkənd qəsəbəsi, Xaltan istisuyu və digər çox sayda əsrarəngiz təbiəti olan yerlər var.