XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

21 İyun 2019 - 21:22

Azərbaycanda ölüm səviyyəsi azalıb- Statistika

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 20135 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.

Cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb.

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.

Ümumilikdə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10,006,149 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.