XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

27 İyun 2019 - 16:56

Ağsuda mal-qara arasında kütləvi zəhərlənmə baş verib –FOTO

Ağsu rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib. 

Bu gün səhər saatlarında kənd sakini Səxavət Ağayev örüşdə olarkən mal-qara arasında kütləvi zəhərlənmə halının olduğunu müşahidə edib.

Ümumilikdə kənddə 12 baş iri buynuzlu heyvan tələf olub və 30-a yaxn iri buynuzlu heyvanın tələf olmasının qarşısını almaq istiqamətində işlər görülür.

S.Ağayev dərhal bununla bağlı rayon Baytarlıq idarəsinə xəbər verib. Hadisə yerinə gələn Baytarlıq idarəsinin nümayəndələri ölmüş heyvan cəmdəklərindən nümunələr götürərək araşdırılması üçün Azərbaycan Qida TƏhlükəsizliyi İAgentliyinin Mərkızi Baytarlıq Labaratoriyasına göndərilib.

Heyvanların hansı səbəbdən zəhərlənməsi labaratoriya müayinəsindən sonra müəyyən olunacaq.

Bundan əlavə Aqrar Xidmətlər Agentliyinin Baytar mütəxəssisləri yerli mütəxəssislərə əməli kömək etmək üçün rayona ezam olunublar/Report