XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

11 İyul 2019 - 13:07

Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq –Açıqlama

Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub, amma Beynəlxalq Əmək Təşkilatının təklif etdiyi konsepsiya özündə fəal yanaşma və strateji həll yolları ehtiva edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, bu konsepsiyaya uyğun olaraq yaxın zamanlarda Əməyin Mühafizəsi Fondu yaradılacaq.

Nazir müavini bildirib ki, bu, işəgötürənlərlə fəal iş aparmağa imkan verəcək, eləcə də işçi kadrların hazırlanmasına, maarifləndirmə işlərinin təkmilləşməsinə töhfə verəcək. /Trend