XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 20:30

Uşaqlar üçün süni qida məhsullarının keyfiyyətinə nəzarət edəcək orqan müəyyənləşib

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirəcək orqan müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.