XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 00:18

Dünya Səhiyyə Təşkilatı:"Dünyada hər 40 saniyədən bir intihar halı baş verir"

Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında bildirilir ki, dünyada hər 40 saniyədən bir intihar halı baş verir. Təşkilat əlavə edib ki, ölkələr bu faciələrin qarşısını almaq üçün tədbirlər görməlidir.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, 2010-2016-cı illər arasında qlobal intihar halları 9,8 faiz artıb. Həyatla vidalaşmağa cəhdlər isə ən çox Amerikada qeydə alınıb. DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib: “Hər bir ölüm ailələr, dostlar və həmkarlar üçün bir faciədir. Biz bütün ölkələri səhiyyə sistemi çərçivəsində intiharların qarşısını almaq istiqamətində əməli tədbirlər görmək istiqamətində strategiyalar və müvafiq tədris proqramları hazırlamağa çağırırıq”.

DST qeyd edir ki, hər il intiharlar nəticəsində 800 min insan dünyasını dəyişir. Bu, malyariya, döş xərçəngi, müharibələr və cinayətlər nəticəsində ölənlərin sayından çoxdur. İntihar hallarını “qlobal səhiyyə problemi” adlandıran DST bildirir ki, cəmi 38 ölkə bu faciələrin qarşısını almaq üçün strategiya hazırlayıb. Hesabatda o da vurğulanır ki, Afrika, Avropa və Cənub-Şərqi Asiyada hər 100 min nəfərə 10,5 intihar edən düşür. Qadınların kişilərdən daha çox intihar etdiyi ölkələr isə Banqladeş, Çin, Lesoto, Mərakeş və Myanmadır.

DST-nin hesabatına görə, intiharların 79 faizi orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə baş verir. İnkişaf etmiş ölkələrdə isə həyatla könüllü vidalaşan kişilərin sayı qadınlardan daha çoxdur. “Yol qəzalarından sonra intiharlar 15-29 yaş arasında olan insanların ikinci əsas ölüm səbəbidir”, -deyə hesabat müəllifləri qeyd ediblər.